24 yanvar 2015 15:00

Dmitri Nağıyev: Qurban Qurbanov məni bəyənsə də, Qarabağa keçidim alınmadı

Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Dmitri Nağıyevin azerisport.az saytına müsahibəsi

- "Dnepr"də neçə ildir çıxış edirsiniz?
- Üç ildir. Öncə U-19 komandasında, indi isə əvəzedici heyətdə.

- Yığmaya dəvət olunmusunuz?
- Azərbaycanın gənclərdən ibarət yığmasında bir dəfə olmuşam. Baş məşqçi Bernard Lippert mənə dəvət göndərmişdi. Küveytlə yoxlama oyununda meydana da çıxmışdım.

- Bəs sonralar niyə dəvət olunmadınız?
- Bilmirəm. Lippert oyundan sonra özümü yaxşı tərəfdən göstərdiyimi də bildirmişdi. Sadəcə, klubumda uzun müddət oynamırdım. İndi isə vəziyyət yaxşıdır.

- Yenidən dəvət gözləyirsiniz?
- Klubumda məşq edirəm, oynayıram. Peşəkar səviyyəyə qalxmağa çalışıram. Milliyə çağırılmağım isə məşqçilərdən asılıdır.

- Əsas yığmamızın işləri ilə maraqlanırsınız?
- Bəli, əlbəttə. Bilirəm ki, komandaya yeni baş məşqçi təyin olunub - Robert Prosineçki. Berti Foqts da yaxşı mütəxəssis idi, amma komandanı maksimum səviyyəyə çatdıra bilmədi.

- "Qəbələ" və "Qarabağ"da baxışda olmusunuz. Niyə alınmadı?
- "Qəbələ"nin baş məşqçisi və köməkçiləri ilə görüşüm oldu. Onlar mənim oyunumdan razı idilər. Amma mənə "Dnepr"lə münasibətlərimi yoluna qoymağımı istədilər. Oradan isə məni buraxmadılar. Ukraynalılar mənimlə uzunmüddətli müqavilə bağlayıb, "Qəbələ"yə icarəyə vermək istədiklərini bildirdilər. Bu da Azərbaycan klubunu qane etmədi. Sonra "Qarabağ"ın düşərgəsinə yollandım. Qurban Qurbanov da məndən razı qaldı, amma sonra transferin niyə alınmadığını özüm də bilmədim.

- Qurbanov necə təsir bağışladı?
- Əla məşqçidir. Mənə bunu anlamaq üçün üc gün bəs etdi.

- Azərbaycandan başqa təkliflər var?
- Hələ yox.

- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını qalmaqallı şəkildə başa vurmasını "Dnepr"də necə qarşıladılar?
- Hamı "Qarabağ"ın qrup mərhələsinə çıxmasına təəccüblənmişdi. Amma mən uşaqlara demişdim ki, "Qarabağ" hətta qrupdan çıxmaq üçün də mübarizə aparacaq. Onlar mənə inanmırdılar. Elə də oldu. Sadəcə, hakim səhvi hər şeyi korladı. Həmin səhv olmasaydı, indi növbəti mərhələdə "Dnepr" yox, "Qarabağ" olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.