23 yanvar 2015 20:00
Bakının sabiq futbolçusu Türkiyə klubunda
"Bakı"nın sabiq müdafiəçisi Cəmşid Məhərrəmov karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qorumuş futbolçu bundan sonra PTT 1-ci Liqa təmsilçisi "Adanaspor"un şərəfini qoruyacaq.
Qeyd edək ki, sözügedən komandanı "Rəvan"ın sabiq baş məşqçisi Güvənc Kurtar çalışdırır. Məhz onun istəyi ilə vaxtilə rəhbərliyi altında oynamış Məhərrəmov Türkiyə klubuna transfer edilib.
Türkiyə mətbuatının yazdığına görə, artıq tərəflər müqavilə də imzalayıb. Anlaşmaın 1,5 illik olduğu bildirilir.
