23 yanvar 2015 17:45
Neftçinin əvəzediciləri Moskva Dinamosuna məğlub oldu
“Neftçi”nin əvəzedici komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, əvəzedicilərin rəqibi Moskva “Dinamo”sunun U-23 komandası olub.
Oyun "Neftçi"nin məğlubiyyəti ilə başa çatıb. Rusiya təmsilçisi 2:1 hesabıyla qalib gəlib.
