23 yanvar 2015 17:15

Branimir Subaşiç: Ola bilər ki, bizim futbolçular məşqlərdə özlərini daim göstərə bilmir

Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda Türkiyənin "Manisaspor" klubunda çıxış edən Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi

- Bəzi istisnaları çıxmaq şərtilə, azərbaycanlı futbolçular Türkiyədə sabit çıxış edə bilmirlər. Sizcə, niyə belədir?
- Bunun səbəbini izah etmək çətindir. Yəqin ki, hər birinin öz səbəbləri var. Kiməsə başqa ölkəyə alışmaq çətin olur. Baxmayaraq ki, azərbaycanlı futbolçular üçün Türkiyəyə uyğunlaşmaq elə də çətin olmamalıdır.

- Bəlkə onlar Türkiyə 1-ci liqasında oynamağı özlərinə sığışdıra bilmirlər?
- Əslində, burada hər gün, hər məşqdə əsas heyətə layiq olduğunu isbatlamalısan. Yüklənmə, stress çoxdur. Ola bilər ki, bizim futbolçular buna alışıq deyillər. Digər tərəfdən Azərbaycanda çox yaxşı maliyyə şərtləri var. Hətta Avropanın əksər komandaları ilə müqayisədə çox yaxşı müqavilələr bağlanılır. Bax buna görə də əksəriyyət doğma ölkədə oynamaq istəyir.

- Mahir Şükürovla siz hələ ki, klubunuzda daha sabit oyun sərgiləyirsiniz...
- Deməli, azərbaycanlı futbolçular xaricdə oynaya bilirlər.

- Gələcəyiniz Türkiyə ilə bağlıdır?
- Sabah nə olacağını hələ bilmirəm. Hər şey o qədər də sabit deyil. Düzünü desəm, hərdən Azərbaycan üçün darıxıram. Baxmayaraq ki, burada özümü yaxşı hiss edirəm. Bunu dəqiq bilirəm ki, Türkiyədə klubsuz qalmayacağam. Hələ də təkliflər alıram.

- Fevralda Robert Prosineçki yığmamızı ilk dəfə təlim-məşq toplanışına yığacaq. Dəvət gözləyirsiniz?
- Bu yaxınlarda mətbuatdan oxudum ki, o, legionerlərə dəvət göndərməyəcək. Amma mən yenə də dəvət alacağıma ümid edirəm. 2014-cü ildə klubumda uğurlu çıxış etsəm də, dəvət almamışdım. Bu dəfə necə olacağını bilmirəm.

- Ötən il Azərbaycan yığmasına Berti Foqts rəhbərlik edirdi, indi isə Prosineçki...
- Ümid edirəm ki, Prosineçkinin rəhbərlik etdiyi komandada mən də olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.