23 yanvar 2015 14:15
Reynaldo: Qarabağda daha uzun müddət oynamaq istəyirəm
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo bəyan edib ki, o, Ağdam klubuna uzun müddət qalmaq istəyir. Azerisport.az saytına açıqlamasında braziliyalı futbolçu bunları söyləyib:
"Mən "Qarabağ"da mümkün qədər daha çox oynamaq istəyirəm. Lazım gəlsə, təbii ki, karyeramı da burada başa vura bilərəm. Amma mən hələ öz üzərimdə daha çox çalışmalıyam".
