23 yanvar 2015 14:00
Qəbələ Sivakovla müqavilə imzalayır
"Qəbələ" Ukraynanın "Çernomorets" klubunun daha bir futbolçusunu heyətinə qatır. Azerisport.az xəbər verir ki, bu, Mixail Sivakovdur.
Roman Qriqorçukun rəhbərliyi altında oynamış yarımmüdafiəçi həmyerlisinin yeni komandasında çıxış etməyə razılıq verib. Onun ən azı mövsümün sonuna kimi "Qəbələ"nin şərəfini qoruması gözlənilir.
Qeyd edək ki, Sivakov Qriqorçukun "Çernomorets"dən "Qəbələ"yə gətirdiyi dördüncü futbolçu olacaq.
