23 yanvar 2015 13:45

Tellur Mütəllimov: Rud van Nistelroyun sözləri məni ancaq sevindirir

"Qəbələ"nin yarımmüdafiəçisi Tellur Mütəllimovun azerisport.az saytına müsahibəsi

- Komandanızın bu toplanışı sizin üçün kifayət qədər yaxşı alındı...
- Baş məşqçi sağ olsun ki, məni hər oyunda meydana buraxır. Mən də etimadı doğrultmağa çalışıram. Artıq hazırlığın ikinci mərhələsi başlayıb. Ümid edirəm ki, toplanışın sonuna qədər mən də tam hazır olacağam.

- 19 yaşınız olsa da, əsas komandada çıxış edirsiniz. Əsas heyətdə oynamağa nə dərəcədə yaxınsınız?
- Mən hələ Dorinel Muntyanunun vaxtında əsas komandaya cəlb olunurdum. Amma əsas heyətdə oynamağa nə dərəcədə hazır olduğumu özüm deyə bilmərəm. Yəqin ki, nə vaxt hazır hiss etsələr, buraxacaqlar.

- PSV-nin ikinci komandası ilə oyundan sonra rəqib komandanın baş məşqçisi Rud van Nistelroy məhz sizin oyununuzu xüsusi vurğulamışdı...
- Onun məni tərifləməsi sadəcə, sevindiricidir. Hollandiyalı möhtəşəm hücumçu olub. Əgər o, belə sözlər deyirsə, deməli, ümidləri doğrultmaq üçün daha artıq çalışmalıyam.

- Artıq Azərbaycan yığmasının məşqçiləri də sizin oyununuzu bəyənib. Elxan Abdullayev sizi gənclərdən ibarət milliyə məsləhət gördüyünü deyib...
- Xoşdur. Yığmada oynamağı istərdim. Dəvət gözləyəcəyəm. Ondan sonra əsas heyətdə oynamaq üçün mübarizə aparmalıyam. Premyer Liqada da oynamağı çox istəyirəm.

- Sizin kimi yaxşı perspektiv vəd edən azərbaycanlı futbolçular çox olsa da, onlar sonradan tam parlaya bilmir. Sizdən nə gözləyək?
- Hər şey futbolçunun özündən asılıdır. Düşünmürəm ki, qazanacağım pul məni korlaya bilər. Yüksək səviyyəli futbol oynamaq istəyirəm.

- Hansı yerli futbolçunun çıxışı sizin daha çox xoşunuza gəlir?
- Mənim mövqeyimdə Cavid Hüseynov çıxış edir. Onun meydanda gördüyü iş xoşuma gəlir. Mənə elə gəlir ki, o, heç vaxt yorulmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.