23 yanvar 2015 18:00
Sumqayıt Zirəni darmadağın etdi
"Sumqayıt" bu gün növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası birinci divizion təmsilçisi "Zirə" ilə qarşılaşıb.
Oyun sumqayıtlıların böyük hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" əvvəlki yoxlama oyunlarında "Bakı" (5:1) və AZAL-la (0:0, 0:1) qarşılaşmışdı.
Yoxlama oyunu
23 yanvar
Sumqayıt - Zirə - 4:0 (1:0)
Qollar: Mikayılov, 38 (1:0), Alxasov, 62 (2:0), Əliyev, 77 (3:0), Fərcad-Azad, 85 (4:0).
