23 yanvar 2015 12:30
Bakı yeniyetmə futbolçuların səfərlərini təxirə saldı
"Bakı" klubunun yeniyetmə futbolçularının İspaniya və Fransa səfərləri dayandırılıb. Azerisport.az xəbər verir ki, İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubuyla olan müqaviləyə əsasən hər il "Bakı"nın yeniyetmə futbolçuları səfərə yollanırdı.
"Bakı" futbolçuların yalnız yol xərclərini ödəyirdi. "Atletiko" və "Lans" tərəfindən yerləşdirilən futbolçular 2-3 həftəlik təlim-məşq toplanışında iştirak edirdi. Maliyyə problemiylə əlaqədar "Bakı" bir müddət yeniyetmə futbolçularının səfərlərini təxirə salıb.
