23 yanvar 2015 11:30
"Xəzər Lənkəranla oyunda yaxşı məşq etdik"
Rumıniyanın "Universitatya" klubunun müdafiəçisi Kosmin Frasunesku "Xəzər Lənkəran"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Baş məşqçimiz bu oyunda bütün futbolçuları yoxlamağa qərar verdi. Amma buna baxmayaraq, oyun kifayət qədər maraqlı alındı. Bu matçın çox yaxşı bir məşq olduğunu deyərdim. Oyunun əvvəlində üstünlük bizdə olsa da, matçın sonlarında XL daha çox hücum edirdi. Onların yaxşı qol vəziyyətləri də oldu. Sadəcə, rəqib bunlardan yararlana bilmədi".
