23 yanvar 2015 00:05
Azərbaycan millisi Yəmən ilə yoxlama matçından imtina etdi
Azərbaycan yığması Yəmən millisi ilə yoxlama oyuna keçirə bilərmiş. Azerisport.az xəbər verir ki, belə bir təkliflə qarşı tərəf çıxış edib.
Amma Azərbaycan tərəfi yəmənlilərin təklifindən imtina edib. Buna səbəb Yəmən tərəfinin komandanın Antalyaya gəlməsi və burada qalması üçün bütün xərclərin AFFA tərəfindən ödənilməsi şərtini irəli sürməsi göstərilir.
Hazırda yığmamızın Antalyada təşkil olunacaq fevral toplanışı zamanı klub komandası ilə görüşü götür-qoy edilir. Potensial rəqiblər arasında Rusiyanın "Krasnodar", Belarusun BATE və "Dinamo" (Minsk) klubları var.
Qeyd edək ki, yığmamızın toplanışı 21-26 fevral tarixləri aralığında baş tutacaq.
