23 yanvar 2015 00:00

Antalyada 50-ci, xarici klublarla 70-ci

“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşma “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq. Belə ki, komanda qonşu ölkədə 50-ci sınağına çıxacaq.

İlk dəfə 2006-cı ilin yayında Türkiyədə toplanış keçib, yoxlama matçlarında gücünü sınayan “Qəbələ”nin 1-ci rəqibi yerli “Zeytinburnu” olub. Həmin görüşdə 0:1 hesabı ilə uduzan komandamız artıq 11-ci dəfə yollandığı qardaş ölkədə 49 matça çıxıb. Bu oyunlardan 47-si xarici klublarla, ikisi isə “Neftçi”yə qarşı olub. “Kuban”la qarşılaşmayadək Antalyada 20 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda “qırmızı-qaralar” 75, rəqibləri 60 qol vurub.

Antalyada xarici klublarla 48-ci matç olsa da, ümumilikdə 70-ci dəfədir ki, “Qəbələ” əcnəbi komanda ilə yoxlama oyununa çıxır. Sloveniya, İngiltərə, Hollandiya, Avstriya ilə yanaşı, doğma meydanda da beynəlxalq yoxlama oyunu keçirən “qırmızı-qaralar” belə görüşlərdə 30 qələbə qazanıb, 14 heç-heçə edib və 25 dəfə uduzub. Bu matçlarda komandamız 101 qol vurub, 79-nu buraxıb. “Vorskla” ilə oyunda Ruslan Fominin vurduğu qol beynəlxalq matçlardakı 100-cü top olub.

Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzan Roman Qriqorçuklu "Qəbələ" “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.