22 yanvar 2015 18:15
Neftçi Rusiya klubuna da uduzdu
Antalya hazırlığını davam etdirən “Neftçi"nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın gəncləri Rusiyanın “Rubin-2” klubu ilə qarşılaşıb.
Görüş "Neftçi"nin əvəzedicilərinin 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Braziliyanın “San Karlos” klubu ilə üz-üzə gəlmişdi (1:3). (klub saytı)
