22 yanvar 2015 17:45
Vaqif Cavadov Bolusporla müqavilə imzaladı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Türkiyənin "Boluspor" klubuna keçib. Azerisport.az xəbər verir ki, o, artıq yeni klubu ilə müqavilə də imzalayıb.
Cavadov saytımıza açıqlamasında bunları söyləyib: "Boluspor"la müqavilə imzaladım. Çox şadam ki, danışıqlarımız baş tutdu. Burada məni hər şey qane edir. Klub mənim bütün istəklərimi nəzərə aldı. Yeni komandama faydalı olmaq və əsas heyətdə oynamaq istəyirəm. "Qaziantep BB" klubuna gəlincə, çoxlu anlaşılmazlıqlar vardı. Buna görə də yollarımızı ayırmağa qərar verdik".
