22 yanvar 2015 16:45
Vaqif Cavadov Boluspora keçir
Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadov karyerasını yenə də qardaş ölkədə davam etdirməyə yaxındır. Azerisport.az xəbər verir ki, onun Antep təmsilçisini "Boluspor"a dəyişməsi gözlənilir.
"Qaziantep BB" rəhbərliyi futbolçumuzu saxlamaqda maraqlı olmadığından, Cavadov da digər PTT 1-ci liqa təmsilçisi "Boluspor"la danışıqlar aparır. Türkiyə mətbuatının yazdığına görə, Vaqifin bu klubla danışıqları yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Cavadov bu mövsümün ilk dövrəsini "Qaziantep BB" klubunda keçirib və 21 oyuna 3 qol vurub. Maraqlıdır ki, Vaqif həmin qollardan birini məhz "Boluspor"un qapısından keçirmişdi.
