22 yanvar 2015 16:00
İnter kamerunlu müdafiəçini bəyənmədi
"İnter" baxışa dəvət etdiyi kamerunlu yarımmüdafiəçi Villi Overtmodan imtina edib. Azerisport.az xəbər verir ki, o, hollandiyalı yarımmüdafiəçi Ruben Sxakenlə birgə baxışa çağırılmışdı.
Amma məşqçilər korpusu Overtomu bəyənməyib. Bu üzdən də o, geri qaytarılıb. Sxakenlə isə müqavilə imzalandığını daha öncə xəbər vermişdik.
Qeyd edək ki, Overtom əvvəllər Hollandiyanın "Erakles" və "AZ Alkmaar" klublarında çıxış edib. Onun son klubu isə Belçikanın "Sulte-Varegem" komandası olub.
