22 yanvar 2015 14:45
Bakının futbolçusu İngiltərə klubu ilə müqavilə imzaladı
"Bakı"nın sabiq müdafiəçisi Yure Travner İngiltərənin "Ridinq" klubu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, uzun müddətdir bu klubun düşərgəsində məşq keçən sloveniyalı futbolçu ingilislərlə münasibətlərini rəsmiləşdirə bilmirdi.
Amma "Bakı"dan transfer vərəqəsini alan müdafiəçi yeni klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
