22 yanvar 2015 13:40
Sürixin baş məşqçisi Qarabağ ilə oyunu şərh etdi
İsveçrənin "Sürix" klubunun baş məşqçisi Urs Mayer Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çox intensiv oyun alındı. Müdafiədə yaxşı çalışdıq. "Qarabağ"a xüsusi qol şansları yaratmağa imkan vermədik. Marko Şonbaxerin qolu fantastik alındı. İkinci hissədə isə bir qədər arxayınlaşdıq".
