22 yanvar 2015 13:00
Xəzər Lənkəranın sabiq üzvü Filippin yığmasında oynayacaq
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Alvaro Silva bundan sonra Filippin yığmasının şərəfini qoruyacaq. Azerisport.az xəbər verir ki, hazırda Küveytin "Əl-Kadisiya" klubunda çıxış edən ispaniyalı futbolçu milliləşdirilib.
Buna onun nənəsinin Filippin əsilli olması əsas götürülüb.
Qeyd edək ki, Silva 2013-cü ildən "Xəzər Lənkəran"da çıxış etsə də, ötən mövsümün sonunda komandadan ayrılmışdı.
