22 yanvar 2015 12:45
Hakim-inspektorlar üçün seminar keçiriləcək
Yanvarın 25-də Mingəçevir şəhərində aşağı yaş qruplarından ibarət komandaların oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin mütəxəssisi Şahin Cəfərovun rəhbərlik edəcəyi seminarda Mingəçevir, Gəncə, Qax, Ağstafa, Yevlax və Tovuzdan olan 15 hakim-inspektor iştirak edəcək. (AFFA)
