22 yanvar 2015 12:15
İsrafilov yeni baş məşqçinin rəhbərliyi altında ilk məşqi buraxdı
İspaniyanın "Qranada" klubu yeni baş məşqçisi Abel Resinonun rəhbərliyi altında ilk məşqinə çıxıb. Azerisport.az xənbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov hazırlıq prosesində iştirak etməyib.
Qeyd edək ki, Eddi bir müddət öncə zədələnmişdi. Bu üzdən də o, fərdi məşq edir.
