Qara Qarayev: Robert Prosineçki yığmanın qapısının hər kəsin üzünə açıq olduğunu dedi
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- İsveçrə "Sürix"i ilə oyunu necə şərh edə bilərsiniz?
- Təlim-məşq toplanışı çərçivəsində belə bir rəqiblə qarşılaşmaq böyük üstünlükdür. Fikrimcə, biz bu oyundan çox fayda götürdük.
- Xorvatiya "Split"i ilə "Sürix" arasındakı oyunlarda hansısa fərq vardı?
- Xorvatiya klubu da yaxşı komandaydı. Amma İsveçrə klubu ilə oyunda tempi daha yaxşı saxladıq. "Split"ə qarşı oynamasam da, fərq hiss olunurdu.
- Birinci hissə zamanı "Sürix"in erməni futbolçusu Artyom Simonyana narazılığınızı bildirirdiniz. Nə baş vermişdi?
- Bu, oyun epizodu idi. Mənə qarşı aqressiv oynamışdı. Amma mövqelərimiz tam fərqli olduğuna görə, meydanda bir daha qarşılaşmadıq.
- "Qarabaöğ"ın indiki durumunu necə qiymətləndirə bilərsiniz?
- Hazırlıq plana uyğun davam edir. Daha bir neçə oyun keçirəcəyik. Allah eləsin ki, çempionatın bərpasına kimi tam hazır vəziyyətə gələk. Hələ ki, hər şey yaxşıdır. Çox ümid edirəm ki, zədəsiz ötüşə biləcəyik.
- Robert Prosineçki ilə görüşünüzdə nə danışdınız?
- Xüsusi heç nə. Bu, tanışlıq xarakterli görüş idi. Sadəcə, bizə dedi ki, xüsusi diqqət altında olacaqsınız.
- Bəs yığmaya çağırılmaqla bağlı nə dedi?
- Prosineçki bildirdi ki, yığmanın qapısı hər kəsin üzünə açıqdır. O, həm də bizim bir ailə olduğumuzu söylədi.
- Xorvatiyalı mütəxəssis sizdə necə təsir bağışladı?
- Bu, Prosineçki ilə ilk görüşümüz idi. Onun bizə belə diqqət ayırması, şəxsən tanış olması yaxşı əlamətdir. Prosineçkinin bu cür hörməti bizdə əlavə motivasiya yaradır.
