22 yanvar 2015 11:15
Neftçinin futbolçuları millinin toplanışına niyə qatılmayacaq?
"Neftçi"nin futbolçularının fevral ayında baş tutacaq Azərbaycan yığmasının təlim-məşq toplanışına çağırılmayacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bunun səbəbi də müəyyənləşib.
Belə ki, millimizin toplanışı 21-26 fevral tarixlərində keçiriləcək. "Neftçi"nin isə fevralın 25-də AZAL-la oyunu var. Bu üzdən də Robert Prosineçki paytaxt klubunun üzvlərini həmin toplanışda görə bilməyəcək.
