22 yanvar 2015 00:05
Qurban Qurbanov: Splitlə müqayisədə Sürixə qarşı daha yaxşı oynadıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrənin "Sürix" komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun alındı. Maraqlı rəqibə qarşı mübarizə apardıq. Xorvatiya "Split"i ilə qarşılaşmayla müqayisədə bu dəfə daha yaxşı təsir bağışladıq. Gördüklərimdən razı qaldım".
