21 yanvar 2015 17:50
AZAL daha iki oyun keçirəcək
Təlim-məşq toplanışını Bakıda keçirən AZAL artıq 3 yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, ilk 2 matçda “sülh” bağlayan (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) "təyyarəçilər" bazar ertəsi “Sumqayıt” üzərində qələbə qazandı – 1:0.
Sabah “Bakı” ilə qarşılaşacaq “təyyarəçilər” daha bir oyun keçirməyi məqsədəuyğun bilib. Yanvarın 24-də “AZAL Arena”da baş tutacaq görüşdə rəqib 1-ci divizion təmsilçisi “Şuşa” olacaq. (klub saytı)
