21 yanvar 2015 17:30

Pavel Paşayev: Azərbaycan millisində məmnuniyyətlə oynayaram

Ukraynanın "Metallurq" klubunun qapıçısı Pavel Paşayevin azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la yoxlama oyununda komandanız 2:1 hesabıyla qalib gəldi. Rəqib necə təsir bağışladı?
- Azərbaycan komandası mənim çox xoşuma gəldi. Sürətli oynamağa çalışırdılar. Çox diqqətli və ağıllı komandadır. Oyun da pis alınmadı. Amma biz hələ tam hazır deyilik. Gündə üç dəfə məşq edirik. Bir gündə iki məşq olanda, bizim üçün bayrama çevrilir.

- "Metallurq"da icarə əsasında oynayırsınız?
- Xeyr, klubumla müqaviləm var. Müddəti iyunda başa çatacaq. Ondan sonrasına baxacağam.

- AFFA-dan sizinlə maraqlanan olub?
- Bir neçə dəfə maraqlanıblar. Amma hamısı elə danışıq səviyyəsində olub.

- Azərbaycan yığmasında oynayarsınız?
- Məmnuniyyətlə oynayardım.

- Bu məsələ ilə bağlı sonuncu dəfə sizə nə vaxt müraciət olunub?
- Yadımda deyil. Bəlkə də bir il olar. Detallarına qədər xatırlamıram. Daha çox menecerimlə söhbətləşiblər.

- Ukrayna yığmasına dəvət alsanız da, sonradan bu komandada görünmədiniz. Niyə?
- Mənə dəvət göndərsələr də, hər dəfə debütümə hansısa problem əngəl olurdu. Sonradan ümumiyyətlə dəvət göndərmədilər.

- Ona görə Azərbaycan yığmasında oynamaq istəyirsiniz?
- Azərbaycan yığmasında oynamağı çox istəyirəm. Əgər çağırsalar, yüz faiz gələrəm.

- Azərbaycan millisinin oyunlarına baxmısınız?
- Bəzilərinə. Azərbaycanın kifayət qədər güclü komandası var.

- Valideynləriniz bu barədə sizə nə məsləhət görüb?
- Atam azərbaycanlıdır. O da istəyir ki, mən bu ölkənin yığmasında çıxış edim. Hərdən zarafat da edir ki, kimdir səni ora aparan, Azərbaycanda daha yaxşı futbolçular var.

- Bakıda olmusunuz?
- Çoxdan. Amma bu yay yenidən gəlməyi planlaşdırıram. Atam oradan yenicə qayıdıb. Oralar çox xoşuna gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.