21 yanvar 2015 17:00
"Azərbaycan çempionatı Aleksandr Əliyev üçün prioritet deyil"
Ukrayna yığmasının sabiq futbolçusu Aleksandr Əliyevin meneceri Kamil Məmmədov müştərisinin Azərbaycan çempionatında oynayacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu söhbətlərin haradan yarandığını bilmirəm. Əliyevə təkliflər var. Onunla Türkiyə klubları da maraqlanır. Amma Azərbaycan klubları ilə heç bir danışığımız olmayıb. Azərbaycan çempionatı hazırda Saşa üçün prioritet deyil".
