21 yanvar 2015 15:50
Rasim Ramaldanov: Xəzər Lənkəranda pul problemi yoxdur
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov bəyan edib ki, klubda maaşların gecikdirilməsi problemi yoxdur. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizdə maaşlar vaxtında ödənilir. Əfran İsmayılov komandanı maliyyə problemləri olduğuna görə tərk edib? Bizdə pulla bağlı heç bir problem yoxdur. Aparıcı futbolçuların komandadan getməsinə gəlincə, bunu rəhbərlikdən soruşmağınız daha yaxşı olar".
