21 yanvar 2015 14:50

"Bütün bunlar hakimliyin inkişafı üçün vacibdir"

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında, eləcə də 1-ci divizionda idarəçilik edən hakimlərimiz yanvarın 13-dən etibarən "Əlincə" klubunun təlim-məşq bazasında hazırlaşırlar. Azerisport.az xəbər verir ki, hazırlığa futzal üzrə FİFA referisi Elçin Məmmədov rəhbərlik edir.

Təlim-məşq toplanışı barədə Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən Məmmədov bir sıra məqamlara toxunub: "Hazırlığa 38 nəfər cəlb olunub. Təlim-məşq toplanışında əvəzedici heyətlərin, eləcə də 1-ci divizion klublarının oyunlarını idarə edən hakimlərlə yanaşı, aşağı yaş qruplarında ədaləti qoruyanlar da iştirak edirlər. Qaydaların tətbiqinin izahı Premyer Liqanın hakimləri üçün nəzərdə tutulan proqram əsasında həyata keçirilir. Hazırda biz hava şəraitindən asılı olmayaraq, öz məşqlərimizi davam etdiririk".

Elçin Məmmədov əlavə edib ki, hakimlərin fiziki hazırlığına xüsusi önəm verilir: "Fiziki hazırlıq planını Namiq Quliyevlə müzakirə etmişik. Həmin plan əsasında çalışırıq. Gündə iki dəfə fiziki hazırlıq məşqləri təşkil olunur. Bundan əlavə, hər gün hakimlərin çəki prosesi olur. Hakimlərin çəkisinə ona görə nəzarət edirik ki, fiziki hazırlıqda problem yaranmasın. Düşərgəyə qonaqlar da gəlir. Onlar öz təcrübələrinə əsasən hakimlərə tövsiyyələrini verirlər. İdarə olunan yoxlama görüşləri hakim-inspektorların köməyi ilə təhlil olunur və müzakirələr aparılır. Bütün bunlar hakimliyin inkişafı üçün vacibdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.