21 yanvar 2015 14:20
AZAL-la Bakı yoxlama oyunu keçirəcək
Sabah AZAL və "Bakı" klubları yoxlama oyununda üz-üzə gələcəklər. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"lə "zolaqlılar" "AZAL Arena"da qarşılaşacaq.
Matç saat 15:00-da başlayacaq.
Qeyd edək ki, AZAL bundan öncə "Sumqayıt"la iki yoxlama oyunu keçirib və bunlardan biri 0:0, digəri isə 1:0 hesabıyla "təyyarəçilər"in xeyrinə başa çatıb. "Qaradağ Lökbatan"la da görüş sülhlə bitib - 2:2. "Bakı" isə "Sumqayıt"a 1:5, "İnter"in əvəzedici komandasına 0:2 hesabıyla uduzub.
