21 yanvar 2015 13:10
Roman Qriqorçuk Qəbələyə daha iki futbolçusunu gətirir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Çernomorets" klubunda rəhbərliyi altında oynamış daha bir neçə oyunçunu yeni komandasına gətirmək istəyir. Azerisport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunların arasında belaruslu Mixail Sivakov və Yevgeni Opanasenko da var.
Artıq keçmiş oyunçularından bir neçəsini Azərbaycan klubuna gətirmiş ukraynalı mütəxəssisin növbəti transferlənin kimlər olacağı maraqla gözlənilir.
