21 yanvar 2015 12:20
Toğrul Erat Qrasshopperi darmadağından xilas edə bilmədi
Almaniyanın "Fortuna" klubu qış hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Toğrul Eratın da formasını geyindiyi Düssledorf təmsilçisi İsveçrənin "Qrasshopper" klubu ilə qarşılaşıb.
Oyun ikinci Bundesliqa klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat 46-cı dəqiqədən etibarən, hesab 0:2 olarkən mübarizəyə qoşulub.
