21 yanvar 2015 20:50
XL Universitatyaya böyük hesabla uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu Rumıniyanın "Universitatya" (Krayova) komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Cənub təmsilçisi böyük hesabla məğlub olub.
Qeyd edək ki, Elbrus Məmmədovun komandası bundan əvvəlki yoxlama oyunlarında Türkiyənin "Təkirdağspor" klubu ilə sülh bağlamış (2:2), Almaniya "Kemnitser"i (0:2) və Ukrayna "Metallurq"una (1:2) uduzmuşdu.
Yoxlama oyunu
21 yanvar
"Xəzər Lənkəran" - "Universitatya" - 0:3 (0:1)
