21 yanvar 2015 11:40

Vaqif Sadıqov: Klublarla iş çox vacibdir

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov azerisport.az saytına müsahibə verib. O, görülən və görüləcək işlərdən söhbət açıb:

"Klublardakı məşqçilərlə işləyəcəyik. Onların hər birinin futbolun inkişafına dair öz maraqları, düşüncələri var. Futbolumuzun inkişafı naminə onları birləşdirmək istəyirik. Qoy hər bir məşqçi öz fikirlərini, düşüncələrini bizə təqdim etsin ki, faydalı ola biləcək hansısa ideya təkcə onun komandasına yox, bütövlükdə futbolumuza yarasın".

Yığmamızın sabiq baş məşqçisi klubların futbolun inkişafında böyük rol oynadığını qeyd edib: "Klublarla iş çox vacibdir. Çünki bütün futbolçular məhz klublarda formalaşdırılır, hazırlaşır, yığmaya da ordan dəvət alır. Ona görə də hazırda Türkiyədə olan klublarımızın heç birini diqqətdən kənarda qoymamağa çalışırıq".

Sadıqov hansısa fikir ayrılıqlarının olmasını münaqişə ilə səhv salmamağı məsləhət görür: "Hər kəsin futbola öz baxışı var. Bizim fikirlərimiz üst-üstə düşməyə bilər. Bizim problemimiz ondadır ki, fikir ayrılığı səbəbindən qruplara bölünmüşük. Amma həmin qruplar birləşməlidir. Azərbaycan futbolunun inkişafı naminə hər birimiz birləşməliyik. Artıq gənclərdən ibarət yığmalarda müəyyən inkişafa nail olmuşuq".

55 yaşlı mütəxəssis sonda bunları söyləyib: "Futbolun inkişafı ilə hər kəs məşğul ola bilər. Amma AFFA işə nəzarət etmək üçün hazırda bizi seçib. Lakin biz heç bir qərar qəbul etmirik. Son sözü yenə də AFFA deyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.