21 yanvar 2015 00:35

Qurban Qurbanov: Biz Aleksandr Əliyevlə maraqlanmırıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyevlə maraqlanmaları barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Ukrayna mətbuatının nə yazdığı ilə maraqlanmıram. Amma biz bu futbolçu ilə maraqlanmırıq. Bu barədə deyilənlər də həqiqəti əks etdirmirlər".

Ağdam klubunu qarşıda İsveçrə "Sürix"i ilə yoxlama oyunu gözləyir. Qurbanov həmin görüş öncəsi də fikirlərini açıqlayıb: "Bizi ciddi rəqiblə matç gözləyir. İsveçrəlilərin çox güclü komandası var. Müəyyən qədər bu komanda ilə maraqlanmışam, qarşıdakı günlərdə yenə də "Sürix"in futbolçuları barədə məlumat toplamağa çalışacağam. Həmin oyuna Xorvatiya "Split"i ilə qarşılaşmayla müqayisədə daha yaxşı hazırlaşmalıyıq. Amma hələ 90 dəqiqə oynamağa hazır deyilik. Böyük ehtimalla, heyət üzvlərini 45 dəqiqə olmaqla oynadacağıq. Bu oyun şəxsən mənim və komandam üçün maraqlı olacaq".

Reynaldonun durumuna toxunan mütəxəssis bu sözləri söyləyib: "Reynaldo formasını bərpa etməyə çalışır. Biz onu digərləri qədər yükləmirik. Bəzən məşq başa çatmadan onun hazırlığını bitirməsinə icazə veririk. Bir sözlə, çox yükləmək istəmirik".

Qurbanov Riçard Almeydadan da danışıb: "O, bizim bütün tapşırıqlarımızı yerinə yetirir. Amma Reynaldo kimi, onun də məşq tapşırıqları komandanınkından fərqlənir. Çünki Almeyda da komandaya gec qoşulub".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.