21 yanvar 2015 00:05

Simurq Antalyada şəhidləri yad etdi, iki məşqə çıxdı

Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" ötən gün hazırlıq proqramına əsasən iki məşqə çıxıb. Azerisport.az xəbər verir ki, səhər məşqindən öncə baş məşqçi Georgi Çixradze bütün futbolçuları ətrafına yığaraq 20 yanvar tarixinin Azərbaycan xalqının hüzn günü olduğunu bildirib və qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Bundan sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib.

Səhər məşqi qaçış və isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirildikdən sonra futbolçular iki qrupa bölünüb və baş məşqçinin tapşırığı əsasında taktiki tapşırıqlar yerinə yetirilib. Çalışmalarda ayaqlarında yüngül ağrılar hiss edən Marko Stanoyeviç və Əli Gökdəmir iştirak etməyib.

Yerli vaxtla saat 17:00-da start götürən axşam məşqində isə bütün futbolçular iştirak edib. Qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. Çalışmanın növbəti hissəsində isə səhər məşqində verilən taktiki tapşırıqların həyata keçirilməsindən ibarət ikitərəfli oyun keçirilib. Çalışmalar tamamlandıqdan sonra futbolçular istirahətə yollanıb.

"Simurq" bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq. Zaqatala klubu Bakı vaxtı ilə saat 18:00-da Rumıniyanın "Astra" klubu ilə qarşılaşacaq. Görüş Antalyanın Lara bölgəsində yerləşən "Mirakle İdman Mərkəzi"nin stadionunda keçiriləcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.