20 yanvar 2015 18:55
Qəbələ də Metallistlə yoxlama oyunu keçirəcək
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunu keçirəcəyi sonuncu rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi Ukraynanın "Metallist" klubu ilə qarşılaşacaq.
Xarkov klubu ilə görüş yanvarın 29-da baş tutacaq.
Qeyd edək ki, "Metallist" bu gün Azərbaycanın digər klubu - "İnter"lə qarşılaşıb və 1:1 hesablı heç-heçəyə razılaşıb.
