20 yanvar 2015 17:55
Litovçenko: Azərbaycanda əla mütəxəssislərlə çalışmaq imkanı var
Ukraynanın "Volın" klubunun sabiq qapıçısı Sergey Litovçenko bəyan edib ki, Azərbaycan klubuna keçməyə çox yaxındır. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Danışıqlar artıq yekun mərhələsindədir. Fikrimcə, bir-iki günə yeni klubumla müqavilə imzalayacağam. Amma eyni zamanda başqa bir varianata da baxıram. Böyük ehtimalla isə məhz Azərbaycana gedəcəyəm. Orada yaxşı şərtlərlə yanaşı, həm də çox yaxşı mütəxəssislərlə çalışmaq imkanı var. Mənim üçün də yüksək səviyyəli qapıçılarla işləyən məşqçilərlə çalışmaq böyük önəm daşıyır. Yeni klubumda potensial çox böyükdür".
