20 yanvar 2015 17:10
Rail Məlikov: Məni baş məşqçi geri çağırdı
Türkiyənin "Dənizlispor" klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov yenidən bu komandanın düşərgəsinə qayıtmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dənizlispor"a qayımağa qərar verdim. Çünki baş məşqçi məni geri çağırdı. Ondan mənə özümü göstərmək üçün şans gözləyirəm. Hələ hər şey yaxşıdır. Ümid edirəm ki, bundan sonra həmişə belə olacaq".
