20 yanvar 2015 12:00
"Daudanın Qəbələyə keçidinin baş tutmaması futbolumuzun hansı səviyyədə olmasının göstəricisidir"
Zimbabveli məşqçi Filip Zulu bu ölkənin yığma komandasının müdafiəçisi Dennis Daudanın "Qəbələ"yə keçidinin baş tutmamasına münasibət bildirib. Azrisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uğursuz keçid bir daha bizim futbolumuzun hansı səviyyədə olmasının göstəricisidir. Buna görə rəhbərlikdən tutmuş jurnalistlərə qədər hər kəs utanc hiss etməlidir. Onun taktiki cəhətdən hazır olmaması bizdə məşqlərin səviyyəsinin nə dərəcədə aşağı olduğunu göstərir".
