20 yanvar 2015 00:30
Topaz Premyer Liqası dünya 37-cisidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya ölkələrinin futbol çempionatlarının reytinqini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionatı 37-ci sırada qərarlaşıb.
Topaz Premyer Liqasının hesabında 421 reytinq xalı var. Azərbaycan birinciliyi Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını qabaqlayıb.
İlk sırada İspaniya La Liqası qərarlaşıb - 1259 xal. İtaliya A Seriyası ikinci (998), İngiltərə Premyer Liqası üçüncüdür (958).
