20 yanvar 2015 00:10
Məşqçilər Komitəsinin üzvləri İnterin düşərgəsində
Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada "İnter" komandasının düşərgəsinə baş çəkiblər. Azerisport.az xəbər verir ki, komandanın təlim-məşq toplanışının gedişi ilə maraqlanan Şahin Diniyev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şakir Qəribov baş məşqçi Kaxaber Sxadadze ilə fikir mübadiləsi aparıblar, komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıblar. (klub saytı)
