19 yanvar 2015 18:45
Kamran Ağayev Türkiyədən təklif alıb
Azərbaycan yığmasının və "Qəbələ"nin qapıçısı Kamran Ağayev Türkiyə klublarından təklif alıb. Azerisport.az xəbər verir ki, qardaş ölkənin PTT 1-ci liqa klubları qapıçımızın xidmətində maraqlıdır.
Amma onu konkret hansı klubların istədiyi bildirilmir.
Qeyd edək ki, Ağayevin "Qəbələ" ilə mövsümün sonuna kimi müqaviləsi var.
