19 yanvar 2015 16:30
Jaba: Təklif var, amma getmək istəmirəm
"Bakı"nın braziliyalı futbolçusu Jaba komandasının toplanışından və planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq prosesimiz yaxşı keçir. Əminəm ki, çempionatın qalan dövrünün startına kimi hazır olacağıq. Komandanın potensialı uğurlu nəticələr qazanmağa ümid verir. Nurlan Novruzovun "Bakı"nı tərk etdiyini deyirlər? O, əla oyunçudur. Amma mənə elə gəlir ki, onun klubda qalması daha yaxşı olardı. Mənə də digər klublardan təkliflər var, amma getmək istəmirəm".
