19 yanvar 2015 15:45
Eddi İsrafilov Atletikoya qarşı oynamadı
İspaniya çempionatında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Land of fire Azerbaijan" reklamını daşıyan Madrid "Atletiko"su doğma meydanında millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada"nı qəbul edib.
Matç madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Eddi bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 41 xalla 3-cü, "Qranada" 14 xalla sonuncudur.
