19 yanvar 2015 15:00
Kasımpaşa Bakı İnterinin oyunçusunu almağa yaxındır
Bakı "İnter"i yarımmüdafiəçisi Derlis Meza Kolli ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, paraqvaylı futbolçunun Türkiyənin "Kasımpaşa" klubuna keçidi gündəmə gəlib.
Hazırda bu transferlə bağlı tərəflər arasında danışıqlar davam edir. İstisna deyil ki, paytaxt təmsilçisi oyunçusunun Türkiyə klubuna keçidinə şərait yaratsın.
Qeyd edək ki, "Kasımpaşa" bir neçə gün öncə "İnter"lə yoxlama oyunu keçirib və 1:3 hesabı ilə məğlub olub. Sözügedən komandanın məşqçiləri məhz həmin qarşılaşmadan sonra Derlisin transferinə qərar veriblər.
