19 yanvar 2015 13:45

Səlahət Ağayev: Müdafiəçilərə qışqıra bilmərəm

"İnter"in qapıçısı Səlahət Ağayevin azerisport.az saytına müsahibəsi

- Türkiyənin "Kasımpaşa" klubu üzərindəki qələbə Antalya toplanışı çərçivəsində üçünücü belə uğurunudur. Deyəsən, komandanız yaxşı formadadır...
- Demək olar ki, toplanış öz axarı ilə gedir. Çempionatın qalan dövrünə gücləndirilmiş şəkildə hazırlaşıram. Son oyuna gəlincə, qələbəni çətinliklə qazandıq. Belə yaxşı nəticə qazanmağımız təbii ki, çox xoşdur.

- Öz oyununuzu necə qiymətləndirirsiniz?
- Qiyməti baş məşqçi verir. Bütün oyunlarda qapıda durmuşam. İnamlı oynamaq, səhv buraxmamaq üçün əlimdən gələni edirəm.

- Amma "Kasımpaşa"nın qolu məhz sizin yaratdığınız penalti nəticəsində vuruldu...
- Sizi əmin edirəm ki, orada penalti yox idi. Mən rəqib futbolçuya toxunmamışdım, o, özünü yerə atdı.

- Almaniyanın "Enerji" klubu ilə oyunda da komandanızın qolu məhz sizin buraxdığınız səhv nəticəsində buraxdığı bildirilir...
- Ola bilər ki, hansısa səhvlərim olur. Amma mən hər oyunda yüz faiz səhvsiz oynamağa çalışırma. Məşqçilər bütün səhvlərimi mənə deyirlər. Amma siz dediyiniz oyundan sonra hansısa səhvimin olduğu barədə heç kim bir söz deməyib.

- Oyunlarınızı millinin məşqçilər korpusu, AFFA-nın məşqçilər komitəsinin üzvləri də izləyir. Onların bəzisinin fikrincə, sizdə müdafiəçilərlə əlaqə çatışmazlığı var. Siz belə fikirlərlə razısınız?
- Mən gənc qapıçıyam, qarşımda oynayan müdafiəçilərin isə 34-35 yaşı var. Axı onların üstünə qışqıra bilmərəm. Mən onlarla danışıram, amma az. Ümumiyyətlə, xarakterimdə kiminləsə qışqıraraq danışmaq yoxdur. Özü də belə təcrübəli futbolçulara. Əksinə, lazım gəldikcə, onlar mənə məsləhətlərini verirlər.

- Yığmanın məşqçilərinin oyunlarınızı izləməsi sizin üzərinizdə təzyiq yaratmır?
- Xeyr, bütün diqqətim oyunda olur. Heç bir "manraj" yoxdur.

- Əksər mütəxəssislər sizin artıq Azərbaycan yığmasında əsas qapıçı olmağa əsas namizəd olduğunuzu düşünür. Çünki Kamran Ağayevin "Qəbələ"də problemləri var, Emil Balayev isə hələ "Ayntraxt"da özünü tapmayıb...
- Kamran ölkənin ən yaxşı qapıçısıdır. Mən ondan çox şey öyrənirəm. Başa düşürəm ki, Dmitri Bezotosnının "Qəbələ"yə gəlişindən sonra Kamranın klubunda bir nömrə ola bilməyəcəyi barədə söhbətlər formalaşacaq. Hər halda Robert Prosineçkinin yığmada kimə güvənəcəyini zaman göstərəcək.

- Kaxaber Sxadadze mövsümün sonunda "İnter"dən gedəcək. Sizcə, onu yerli məşqçi əvəzləməlidir, ya əcnəbi?
- Mən bunu deyə bilmərəm. Amma avrokuboklarda bizə çətin olacaq. İstənilən halda hər şeyin yaxşı olacağına ümid edirəm.

- "İnter"in əsas hədəfi avrokuboklara vəsiqə qazanmaqdır?
- Hədəfimiz bu mövsüm ya çempion olmaq, ya da ölkə kubokunu qazanmaqdır. Avrokuboklara isə mütləq düşməliyik. Baxmayaraq ki, "Qarabağ", "Neftçi", "Qəbələ" kimi güclü rəqiblərimiz var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.