19 yanvar 2015 13:30
Neftçi Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq
“Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" Çinin “Rehne” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. "Neftçi"nin futbolçuları oyuna qara sarğı ilə çıxacaq. (klub saytı)
