19 yanvar 2015 12:30
Berti Foqts ürəyindən əməliyyat olundu
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub. Azerisport.az xəbər verir ki, onun ürəyinə süni qapaq qoyulub.
Əməliyyatın keçirilməsi əvvəlcədən planlaşdırılıb və hazırda 68 yaşlı mütəxəssis intensiv terapiya şöbəsindədir. Foqtsun bir neçə gündən sonra xəstəxanadan buraxılacağı gözlənilir.
