18 yanvar 2015 14:00
Toğrul Eratlı Fortunadan daha bir qələbə
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toğrul Eratın da şərəfini qoruduğu Düsseldorf klubu Albaniyanın "Skenderbeu" komandasıyla qarşılaşıb.
Oyun Almaniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Erat 90 dəqiqə meydanda olub.
